Xəzər Xəbər

Transmilli cinayətkar dəstə YAXALANDI... VİDEO

Veb TV | 00:56 • 11 İyun 2023
Transmilli cinayətkar dəstə YAXALANDI...

Xəbər verdiyimiz kimi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri ilə İrandan ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərini, eləcə də ölkə daxilində narkotiklərin satışını təşkil etməkdə şübhəli bilinən 8 mütəşəkkil dəstənin üzvlərini saxlayıb. Saxlanan 83 nəfərdən 512 kiloqram narkotik vasitə aşkar edilib.

Məlumata görə, dövriyyədən çıxarılan narkotik maddələrin ''qara'' bazarda dəyəri 20 milyon manatdır.

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün ölkə boyu davam edir.Sabirabadda xarici ölkə vətəndaşına pul qarşılığında narkokuryerlik etməkdə şübhəli bilinən Fərid Muradov və Aydın Eyvazov saxlanıblar. Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb. aparılan araşdırma zamanı məlum olub ki, fərid muradov və aydın eyvazov azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar.

Hər iki faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti