Xəzər Xəbər

Ermənilərin əsir götürdüyü Hüseynin "HƏBS" müddəti uzadıldı... VİDEO

Veb TV | 22:48 • 10 İyun 2023
Ermənilərin əsir götürdüyü Hüseynin "HƏBS" müddəti uzadıldı...

Bu ilin aprel ayında əlverişsiz hava şəraitində yolu azaraq Ermənistan tərəfə keçən  və orada əsir götürülən Azərbaycan hərbçisi Hüseyn Axundovun ötən gün həbs müddəti 3 ay uzadılıb.

“O, məhkəmə zalına sanki silsilə qətlər törətmiş cinayətkar kimi gətirilib.”

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, sözdə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən Ermənistan praktikada tam fərqli mövqe nümayiş etdirir. Ermənistanın əsir düşən hərbçilərimizə qarşı insanlıqadan kənar münasibəti buna sübutdur.

Ekspertin sözlərinə görə, rəsmi İrəvan Zəngilanda saxlanılan erməni diversanlara qarşı Azərbaycanın münasibətindən nümunə götürməlidir. Tərəflər arasında yolunu azaraq qarşı tərəfə keçən hərbçilərin qısa müddətdə geri qaytarılması ilə bağlı razılıq olsa da, Ermənistan əsir saxladığı hərbçilərimizdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Amma bunların heç bir perspektivi yoxdur.

Üzeyir Cəfərov vurğulayıb ki, əsirlərə qarşı belə davranış yaxşı heç nə vəd etmir. Beynəxalq ictimaiyyət də lazımi tədbirlər görməlidir. Ermənistan özünü cəsazılıq mühitində hiss etdiyindən hər zaman hər cür təxribata əl ata bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti