Xəzər Xəbər

Ağdaşda kanalda batan yeniyetmənin cəsədi tapıldı FHN/YENİLƏNİB

Veb TV | 14:30 • 10 İyun 2023
Ağdaşda kanalda batan yeniyetmənin cəsədi tapıldı

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun axtarışlarına başlayıblar.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.  

Xəbər lenti