Xəzər Xəbər

Azərbaycanda orta məktəbin bu TƏDBİQ-i birmənalı qarşılanmadı... VİDEO

Veb TV | 21:38 • 9 İyun 2023
Azərbaycanda orta məktəbin bu TƏDBİQ-i birmənalı qarşılanmadı...

Ağstafa rayon Dağ Kəsəmən kənd Aqil Salıfov adına 2 nömrəli orta məktəbində maraqlı addım atılıb.

Xezerxeber.az-ın məlumatına görə, təhsil ocaqlarında şagirdlər təhsil və davranışlarında nümunəvi olduqları  və ya intizamsız olduqları üçün qiymətləndirilir.

Belə ki, məktəb rəhbərliyi onları yaşıl və narıncı kartlarla qiymətləndirir.

Şagirdlərin fotoları isə məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb.

“Təhsil ocağında  nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.”

Direktor bildirir ki, onlardan əlavə qərb bölgəsində daha 20 məktəbdə də artıq üç aydır bu cür addım atılır. Sözügedən məktəbdə isə kartların təsiri şagirdləri daha intizamlı olmağa sövq edib. Beləliklə məktəbdə  yaşıl kart almaq uğrunda mübarizə davam edir.

Cəzalandırılan şagirdlərin fotolarının "Facebook" sosial şəbəkəsində məktəbin rəsmi səhifəsində paylaşılmasını isə anlaşılmazlıq kimi qiymətləndirib.

Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi də məsələdən xəbərdardır.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, məsələ nəzarətə götürülüb.

Təhsil ocağı isə uğurlu hesab etdikləri bu layihəni növbəti tədris ilində də davam etdirmək niyyətindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar