Xəzər Xəbər

İrana müalicəyə gedənlər...EHTİYATLI OLUN... VİDEO

Veb TV | 13:30 • 8 İyun 2023
İrana müalicəyə gedənlər...EHTİYATLI OLUN...

İranın uzun illərdir ki, səhiyyə xidmətlərinin keyfiyyətinin guya yüksək olması barədə apardığı reklam kampaniyası özünü doğrultlmadı. Yalnış diaqnoz, ağır fəsadlar və uğursuz nəticələr.

Xezerxeber.az-ın xəbərinə görə, azərbaycanlı mütəxəssislər hesab edir ki, bu təbliğata inanıb İrana üz tutan Azərbaycan vətəndaşları son illər orada aldıqları səhiyyə xidmətlərinin nəticələrindən açıq narazılıqlarını bildirir.

Dəfələrlə sübut olunub ki, sağalmaq üçün Arazın o tayına adlayan soydaşlarımızın sağlıq durumu yaxşılaşmaq əvəzinə, daha da pisləşib. Bunun nəticəsidir ki, indi İranda "keyfiyyətli və ucuz səhiyyə" nağıllarına heç kəs inanmır.

Tətbiq edilən sanksiyalar ölkəyə müasir tibbi cihazlar və avadanlıqların gətirilməsini məhdudlaşdırıb deyən professor Çingiz Rəhim qeyd edib ki, İran klinikaları Azərbaycandakı həyat səviyyəsinin yaxşılaşdığını, əhalinin gəlirlərinin artdığını bilirlər.

“Vətəndaşlarımız elə sərhəddə qarşılanır, sıradan bir klinikada isə müayinə  olunurlar.”

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova qeyd edib ki, Azərbaycan vətəndaşları İrana üz tutsada  sonrada kor-peşman ölkəmizə geri qayıdır.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda insanlar vətənə qayıtdıqdan sonra səhv müalicə nəticəsində onlarda yeni xəstəliklər əmələ gəlir.

Bundan başqa İranda xəstələrin xəstəxanalarda daha çox qalmaları və daha çox pul xərcləmələri üçün bilərəkdən səhv diaqnozlar qoyurlar. Hətta bədənə müəyyən viruslar daxil etməklə yeni xəstəliklərin əsası qoyulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti