Xəzər Xəbər

Səhnədə yıxılan Baydenin səhhəti necədir? VİDEO

Veb TV | 08:44 • 2 İyun 2023
Səhnədə yıxılan Baydenin səhhəti necədir?

Koloradoda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimində səhnədə yıxılan ABŞ Prezidenti Cozef Baydenin səhhəti yaxşıdır.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ağ Evin rəsmisi Ben Labolt tviter hesabında məlumat verib.

"Bayden yaxşıdır"- Labolt yazıb. Labolt hadisəni belə izah edib ki, dövlət başçısı səhnədə qum torbasına ilişərək büdrəyib.

Amerika liderinin iştirak etdiyi buraxılış mərasimi təxminən 3,5 saat davam edib və akademiyanın 920 məzunu iştirak edib.

Xəbər lenti