Xəzər Xəbər

Şəmkirdə sahibsiz itlər sakinlərin həyatı üçün təhlükə yaradır VİDEO

Veb TV | 20:12 • 29 May 2023
Şəmkirdə sahibsiz itlər sakinlərin həyatı üçün təhlükə yaradır

Şəmkirin Qaracəmirli kəndinin mərkəzi hissəsi sahibsiz küçə itləri ilə doludur.

İlk baxışdan sağlam olmadıqları hiss olunan itlər ətrafdakılar üçün ciddi narahatlıq yaradır. Bəzən yoldan keçənlərə hücum edərək təhlükə mənbəyinə çevrilirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlərin əsas narahatlığı azyaşlılarla bağlıdır. Çünki məktəbə gedən yolun ətrafına toplaşan heyvanlar dəfələrlə şagirdlərə hücum ediblər. Şəhidlər üçün tikilən abidəyə gedən yol da eyni ərazidən keçir.

Məsələ ilə bağlı Qaracəmirli kənd bələdiyyəsindən bildirildi ki, yaxın vaxtlarda bununla bağlı müvafiq tədbir görüləcək.

Qeyd edək ki, sığınacaqların sayının yetərsiz olması ilə əlaqədar sahibsiz itlərin yaratdığı problem bir çox yaşayış məntəqələrində müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti