Xəzər Xəbər

Taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var VİDEO

Sürücülər günlərinin əksər vaxtını sükan arxasında keçirirlər
Veb TV | 19:50 • 29 May 2023
Taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var

Taksi sürücüləri iş saatlarının çox olmasından şikayətlənirlər.

Onların iş qrafiki sübh tezdən başlayır. Bir sutkada 10-15, hətta 18 saat işləyən taksi sürücüləri var.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər bildirir ki, günlərinin əksər vaxtını sükan arxasında keçirmələrinə səbəb qazanclarının az olmasıdır.

Sürücüləri narahat edən həm qazanclarının az olması, həm də vaxtlarının çoxunun tıxaclı yollarda keçmələridir. Bu hal da istər-istəməz sürücü ilə sərnişin münasibətlərinə mənfi təsir göstərir.

Bütün bunlar onu göstərir ki, beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar