Xəzər Xəbər

Azərbaycan ərazilərində nə qədər MİNA var? VİDEO

Veb TV | 23:51 • 26 May 2023
Azərbaycan ərazilərində nə qədər MİNA var?

İkinci Qarabag müharibəsi basa çatandan bu günə qədər 302 nəfər vətəndasimiz mina qurbani olub, onlardan 57-si həlak olub, 245-i isə agir yaralanıb..

Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident Ilham Əliyevin "Mina təhlükəsi ilə mübarizə - dayaniqli inkisafa gedən yol" mövzusunda beynəlxalq konfransin istirakçilarina ünvanladigi müraciətdə bildirilir.

Dövlət başçısı bildirib ki, münaqisə bitdikdən sonra belə Ermənistan Laçin yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar dösəməyə davam edib...Ərazilərimizdə 2021-ci il Ermənistan istehsali olan 2700-dən çox piyada əleyhinə mina askar edilib.

Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında, 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər iştirak edib.

Görüşdə  Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması üzrə fikir mübadiləsi aparılıb.

Konfransda qeyd olunub ki Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Belə ki işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb.

Böyük Britaniya parlamentinin üzvü Metyu Offord isə diqqətə çatdırıb ki partlamamış hərbi sursatlar və minalar iqtisadiyyatın və bir çox digər sahələrin inkişafını olduqca ləngidir.

Konfransda iştirak edən "Roots of Peace" təşkilatının rəhbəri diqqətə çatdırıb ki Qarabağda kənd təsərrüfatına yararlı torpaqlarda xeyli sayda mina basdırılıb. Qarabağda üzümçülük üçün nəzərdə tutulan xeyli ərazi minalanıb, bu isə bağbanların həyatı üçün təhlükə törədir.

Avropa Parlamentinin deputatı Helmunt Geuking isə minaların təmizlənməsinin, insanların doğma yurd yuvalarına geri qayıdış prosesini sürətləndirəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir:

 

Xəbər lenti