Xəzər Xəbər

Qax rayonunda ağır qəza - ölən və yaralananlar var VİDEO

Veb TV | 22:46 • 26 May 2023
Qax rayonunda ağır qəza - ölən və yaralananlar var

İki avtomobilin toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, hadisə Qaxın İlisu kəndi ərazisində  baş verib.

Faiq Məmmədovun idarə etdiyi avtomobillə, Qaxın Ağçay kənd sakini Mahmud Bayramlının sükanı arxasında olduğu digər avtomobil toqquşub. Nəticədə Faiq Məmmədov, Mahmud Bayramlı və onun həyat yoldaşı Turanə Mahmudlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon xəstəxanasına yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq 28 yaşlı Mahmud Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Abşeronun  Qobu qəsəbəsində də ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi olub. 36 yaşlı Ruslan Kotusenko idarə etdiyi avtomobili elektrik dirəyinə çırpıb.

Nəticədə maşında sərnişin qismində olan 9 yaşlı oğlan  ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində isə  mikroavtobusla  minik avtomobili toqquşub. Nəticədə 20 nəfər xəsarət alaraq Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

TƏBİB-dən verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir:

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024