Xəzər Xəbər

Xaçmazda qaz xəttinə hava vurulduğu iddia edilir VİDEO

İddiaya rəsmi cavab var
Veb TV | 20:50 • 25 May 2023
Xaçmazda qaz xəttinə hava vurulduğu iddia edilir

"Qaz  xəttinə hava vurulur".

"Xəzər Xəbər"in “qaynar xətti”nə müraciət edən Xaçmaz sakini iddia edir ki, abonentlərin istifadəsində  olan qaz  xəttinə  müdaxilə edilib.

Daha  dəqiq  desək, qaz üçün nəzərdə tutulan xəttə  hava  vurulur.

Xaçmaz   sakinləri   həmçinin mavi yanacaq verilişində fasilələr olduğunu da iddia edirlər.

"Azəriqaz" İstehsalat Birliyinin Texniki istismar şöbəsinin böyük mühəndisi  Pərviz Nəbiyev qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədi ilə istehlakçıların  təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması üçün daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq işləri həyata keçirilir.

Bəs qaz xəttinə hava niyə vurulur ? Buna görə abonentlərə əlavə ziyan dəyirmi?

 Pərviz Nəbiyev bildirib ki, boruların mövsümə hazırlanması prosesində əgər sızma aşkar olunmadıqda vətəndaşlar yenidən mavi yanacaqla təmin olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti