Xəzər Xəbər

Naxçıvanda vəkil çatışmazlığı var VİDEO

Veb TV | 20:00 • 25 May 2023
Naxçıvanda vəkil çatışmazlığı var

Azərbaycanda 2300 nəfərdən çox vəkil var və orta hesabla yüz min vətəndaşa 45 vəkil düşür. Ancaq Naxçıvanda hal-hazırda fəaliyyət göstərən vəkillərin ümumi sayı cəmi 17-dir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vəkillərin sayının artmasına nail olmaq üçün addımlar atılır.

Kollegiya sədri Azərbaycanda vəkil və hakimlərin vahid imtahan nəticəsində seçilə biləcəyini də vurğulayıb.

Anar Bağırovun sözlərinə görə, vəkillik fəaliyyətindəki əsas çatışmazlıqlardan biri də xanım vəkillərin sayının azlığıdır. Ancaq son vaxtlar bu sayda artan dinamika müşahidə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti