Xəzər Xəbər

Fermerlərlər bundan sonra ziyan etməyəcək VİDEO

Veb TV | 21:38 • 31 Mart 2023
Fermerlərlər bundan sonra ziyan etməyəcək

Dövlət Toxum Fondu əkin kalkulyatorunu istifadəyə verib.

Xezerxeber.az xəbər verir ki, Qafqaz regionunda bir ilk olan bu xidmət fermerlərin bələdçisi hesab edilir.

Bu kalkulyator vasitəsilə fəaliyyət rayonu, istifadə ediləcək toxum sortunu, əkin sahəsinin həcmini göstərməklə məhsuldarlığı, çəkiləcək xərc və gəlirləri hesablamaq mümkündür. Bir neçə gün əvvəl istifadəyə verilimiş kalkulyatorda hələ ki, dənli bitkilərlə bağlı hesablama aparmaq mümkündür.

Sistemdən istifadə etmək üçün Dövlət Toxum Fondunun rəsmi səhifəsinə daxil olmaq, xidmətlər bölməsindən əkin kalkulyatoru düyməsindən seçmək lazımdır.

Bu kalkulyator gündən-günə artan əkin xərclərindən fermerləri xəbərdar edir.

Əkin kalkulyatorundan istifadəni genişləndirmək üçün yaxın günlərdə bölgələrdə maarifləndirmə işləri başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti