Xəzər Xəbər

Laçında nəzarətə götürülən yeni yüksəkliklərin üstünlükləri nələrdir? VİDEO

"Ermənistan tərəfi artıq reallıqları qəbul etmək məcburiyyətində qalıb"
Veb TV | 20:14 • 30 Mart 2023
Laçında nəzarətə götürülən yeni yüksəkliklərin üstünlükləri nələrdir?

Bir güllə atılmadan, şəhid verilmədən ordumuz növbəti uğura imza atdı.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Bəs bu ərazilərin nəzarətə götürülməsinin üstünlükləri nələrdir?

Xezerxeber.az-ın məlumatına görə, mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev deyir ki, həmin ərazilərin nəzarətə götürülməsi ilə Ermənistandan Qarabağa qanunsuz silah-sursat, şəxsi heyət və minaların daşınmasının qarşısı alınacaq.

Ekspert hesab edir ki, növbəti hədəf Azərbaycan və Ermənistan arasında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlıdır.

Onun sözlərinə görə, proseslər onu deməyə əsas verir ki, Ermənistan tərəfi artıq reallıqları qəbul etmək məcburiyyətində qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti

Hacıqabulda zəlzələ olub
19:06 • 8 Fevral 2025