Xəzər Xəbər

Media nümayəndələri Bulvarda icazə ilə çəkiliş aparmalıdır? VİDEO

Veb TV | 22:08 • 29 Mart 2023
Media nümayəndələri Bulvarda icazə ilə çəkiliş aparmalıdır?

“Xəzər Xəbər”in Bulvar ərazisində çəkiliş apararkən mühafizə xidmətinin çəkilişi dayandırmağı tələb etməsi və işıqlandırılan sujetin ölkə mediasında sözün əsl mənasında səs-küyə səbəb oluğunu hamımız bilirik.

Xezerxeber.az məlumat verir ki, vəziyyətin bu yerə çatdığını görən Dənizkənarı Bulvar İdarəsi jurnalistləri narahat edən icazə məsələsinə aydınlıq gətirməli olub.

İdarənin şöbə müdiri Tahirə Qarabəyli jurnalistlərə açıqlamasında bildirdi ki, Bulvar respublika əhəmiyyətli xüsusi ərazidir və qurumun tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə və təbliğinə razılıq vermək hüququ var.

Əgər jurnalist maddədə göstərildiyi kimi, bulvar ərazisində yerləşən tarix-mədəniyyət kompleksi, xüsusi əhəmiyyətli obyektlərlə bağlı reportaj hazırlamırsa, bəs onda necə?

Yəni jurnalist Xəzər dənizini çəkmək və yaxud hansısa ictimai xadimdən müsahibə almaq üçün də razılıq almalıdır? sualına isə şöbə müdiri belə cavab Verdi:

"Millət vəkilləri, həmçinin digər sadə vətəndaşlar, turistlər şəxsi məqsədlə hər hansı çəkiliş üçün vəzifə mövqeyindən asılı olaraq razılıq almalı deyil. Lakin peşəkar çəkilişlər zamanı İdarə ilə razılaşdırma ilə həyata keçirilə bilər"

Bir sözlə, media nümayəndələri bundan sonra da mövzu bulvarla bağlı olsa da, olmasa da Bakı bulvarında çəkiliş aparmaq üçün Dənizkənarı bulvar idarəsindən icazə almalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti