Xəzər Xəbər

Rəsmi Bakı Qarabağ ermənilərinə daha bir şans verdi VİDEO

Veb TV | 21:30 • 27 Mart 2023
Rəsmi Bakı Qarabağ ermənilərinə daha bir şans verdi

Azərbaycan ikinci dəfə Qarabağ iqtisadi rayonundakı yerli erməni əhalisini xoş məram göstərərək müzakirələr üçün Bakıda dəvət edib.

Xezerxeber.az məlumat verir ki, bu təkliflə Azərbaycan prezidentinin administrasiyası çıxış edib.

Qarabağdakı yerli erməni əhalisinin nümayəndələri reinteqrasiya, həmçinin infrastruktur layihələrinin müzakirəsi məqsədilə Bakıya dəvət olunublar.

Məsələ ilə bağlı Xəzər Xəbərə açıqlama verən millət vəkili Bəhruz Məhərəmmov bildirir ki, Qarabağdakı erməni əhalisinin bütün hüquqlarını təmin edəcək yeganə dövlət Azərbaycandır və buna görə də görüşlər məhz Bakıda keçirilməlidir. Onun sözlərinə görə, prosesə Ermənistan tərəfinin, eləcə də digər güclərin müdaxiləsi qəti şəkildə yolverilməzdir.

Millət vəkilin sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquq və humanizm prinsiplərinə əsaslanaraq irəli sürdüyü görüş təkliflərinin limiti bitmək üzrədir. Qarabağın yerli erməni əhalisi bu fürsətdən faydalanmağa gec qalmamalıdır. Əks halda Azərbaycan lazım olan addımları atmağa məcbur olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti