Xəzər Xəbər

400 hektar taxıl sahəsi susuzluqdan məhv olur VİDEO

Veb TV | 22:38 • 22 Mart 2023
400 hektar taxıl sahəsi susuzluqdan məhv olur

Kanaldan bol su axır, lakin sakinlər sahələrini suvara bilmir. Səbəb, əkin sahələrinə Qarabağ su kanalından su çatmamasıdır.

Xezerxeber.az məlumat verir ki, Bərdədənin Mustafaağalı  kənd sakinləri su olmadığı üçün əkdikdiləri taxılı, bostanı, yonca  sahələrini suvarmaqda  çətinlik çəkir.

Təsərrüfat sahiblərinin sözlərinə görə, kənd ərazisində 400 hektara yaxın taxıl əkilib. Taxıl sahələri susuzluqdan yandığından günü gündən məhv olur.

Sakinlər iddia edir ki, vaxtı vaxtında su pulunu ödəyir. Yaranmış problemlə bağlı adiyyatı dövlət orqanlarına da müraciət ediblər. Ancaq bu günə qədər heç bir nəticəsi olmayıb.

Bərdə Suvarma Sistemləri idarəsindən isə "Xəzər Xəbər"ə bildirilib ki,  Qarabağ kanalından 11 - ci paylayıcı vasitə ilə su götürülərək Mustafaağalı və digər kəndlərinin əkin sahələrinə ötürülür. Anaq sakinlər növbəlilik cədvəlinə əməl etmirlər. Bu səbəbdən də həmin ərazidə taxıl sahələrinin suvarılmasında çətinlik yaranır. Ancaq bu məsələyə xüsusi nəzarət edilərək problem həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti