Xəzər Xəbər

Orucluq başlayır, bilib-bilmədiyiniz məqamlar VİDEO

Veb TV | 22:19 • 22 Mart 2023
Orucluq başlayır, bilib-bilmədiyiniz məqamlar

Xəbər verdiyimiz kimi, sabahdan Ramazan ayı başlayır. Hamını düşündürən məqam odur ki, bu müqəddəs ayda düzgün qidalanma necə olmalıdır?

Xezerxeber.az məlumat verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova "Xəzər Xəbər"ə Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb.

Onun sözlərinə görə, builki Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən aclıq və susuzluq nisbətən çox hiss oluna bilər. Normadan artıq və fasiləsiz qidalanma ziyandır. Qida rasionunda xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda isə quru qidanın birbaşa qəbulu həzm problemləri yarada bilər.

Aynur Həsənova vurğulayıb ki, bir neçə xurma yemək insanı gün ərzində tox saxlayır.

Elə bazarlarda da bu məhsula bir neçə gündür ki, təlabat çoxalıb. Satıcılar isə  növbəti günlərdə xurmanın qiymətlərində ucuzlaşmanın müşahidə ediləcəyini bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti