Xəzər Xəbər

Tanınmış televiziya prodüseri Oqtay Əliyev yol qəzasında ölüb FOTO/VIDEO

Veb TV | 19:23 • 22 Mart 2023
Tanınmış televiziya prodüseri Oqtay Əliyev yol qəzasında ölüb

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol qəzasında ölüb.

Hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.

Oqtay Əliyevin idarə etdiyi “Toyota" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qəza zamanı Oqtay Əliyev ölüb. 

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Daxili İşlər Nazirliyindən faktı təsdiləyiblər. 

Xəbər lenti