Xəzər Xəbər

Azərbaycanda zəlzələ ilə bağlı YENİ açıqlama VİDEO

Veb TV | 21:30 • 22 Mart 2023
Azərbaycanda zəlzələ ilə bağlı YENİ açıqlama

Artıq bir müddətdir ki, Azərbaycanın da daxil olduğu regionda mütəmadi olaraq yeraltı təkanlar baş verir. Ötən gecə isə Pakistan və Əfqanıstanda baş vermiş təbii fəlakət Azərbaycanda zəlzələ ola bilərmi sualını yenidən gündəmə gətirdi.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Qurban Yetirmişli "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, regionda olan zəlzələlər ümumi qanunauyğunluqdan irəli gələn hadisələrdir:

Qurban Yetirmişlinin sözlərinə görə, regionda baş vermis yeraltı təkanların Azərbaycana təsiri yoxdur.

Qurban Yetirmişli qeyd edib ki, hazırda ölkədə seysmiklik fon səviyyəsindədir. Bir tərəfdən enerji boşalmaları gedir, bir yandan da ayrı-ayrı blokların hərəkəti nəticəsində belə xırda təkanların qeydə alınması ilə litosfer nəfəs alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti