Xəzər Xəbər

Su kanalında antisanitar vəziyyət yaranıb - Bakıda VİDEO

Veb TV | 22:42 • 21 Mart 2023
Su kanalında antisanitar vəziyyət yaranıb - Bakıda

Paytaxtın Ramana qəsəbəsi, südçülük sovxozu ərazisində su kanalının içərisi tullantılarla dolub.

Suyun axını zəif olduğundan bəzi yerlərdə qalaq-qalaq zibil toplanıb.

Xezerxeber.az-ın məlumatına görə, yaşayış massivinin içərisindən keçən kanalın bəzi hissələrində tullantıların olması natəmiz görüntü yaradıb. Sakinlər üfunətin dözülməz həddə çatdığını deyirlər.

Sakinlər bu vəziyyətin uzun müddətdir davam etdiyini bildirdilər.

Çox keçmədi ki, əraziyə texnikalar cəlb edildi.

Məsələ ilə bağlı Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə numayendəsi Zulfuqar Mirzəliyev bildirdi ki, həmin kanal Abşeron Su-kanal idarəsinin balansında olmasına baxmayaraq mütəmadi olaraq nümayəndəliyin göstərişi ilə təmizlənir. Yaxın günlərdə işlər tam yekunlaşacaq. İcra nümayəndəsi onu da əlavə etdi ki, bəzi sakinlər tərəfindən kanala bilərəkdən tullantılar atılır. Bunun qarşısını almaq üçün ərazidə bir neçə yerdə zibil qutuları qoyulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti