Xəzər Xəbər

Bu il Azərbaycanda 3 milyon ağac əkiləcək VİDEO

Veb TV | 22:37 • 21 Mart 2023
Bu il Azərbaycanda 3 milyon ağac əkiləcək

Bu il ölkə ərazisində 3 milyon ağac əkiləcək. Artıq meşə fondu sahələrinin də builki əkin planı təsdiqlənib. 2023-cü ildə ölkə üzrə 1050 hektardan artıq sahədə əkin və səpin işlərinin aparılması da  planlaşdırılır.

 Bu  fikirləri  “Xəzər Xəbər”ə  açıqlamasında  Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

Azərbaycanın meşə ilə örtülü ərazilərinin çox olmadığını vurğulayan Cabbar Qəribov qeyd edib ki, respublikamızın meşələri 1 milyon 213 min hektar təşkil edir.

Əsasən endemik ağaclar olan  fındıq, vələs, fıstıq , palıd, qayın, qovaqdan ibarət Azərbaycan meşələrində adları “Qırmızı kitab”a düşmüş nadir ağaclar var. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.

Cabbar Qəribovun sözlərinə görə, Azərbaycanın bütün bölgələrində ting yetişdirmə işlərinə start verilib. Toxum-səpin, torpaq hazırlığı işləri il boyu davam etdirilir. Bundan başqa, Azərbaycanın meşə fondu çox böyük su qoruyucu, su tənzimləyici və torpaq qoruyucu iqtisadi əhəmiyyətə malik olduğundan əkilmiş ağacların suvarılması ilə əlaqədar problem yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti