Xəzər Xəbər

Azərbaycan Türkiyəyə 100 milyon dollar ayırıb VİDEO

Azərbaycan-Türkiyə qardaşlığı dünyanın diqqətindədir
Veb TV | 21:00 • 21 Mart 2023
Azərbaycan Türkiyəyə 100 milyon dollar ayırıb

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə 100 milyon dollar ayırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu  barədə  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilən "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" Beynəlxalq Donorlar Konfransında çıxışından deyib.

Nazir deyib ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstəyini nümayiş etdirirək, dərhal axtarış və xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərilib. Azərbaycan bölgədə  bərpa-quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcək.

Mövzuya münasibət bildirən politoloq İlyas Hüseynov deyir ki, Azərbaycan qardaş ölkəyə yardımlarını əsirgəmədi.  Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada  kecirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə  də mühüm mesajlar verildi.

“Tarixin bütün sınaqlarından, çətinliklərindən hər zaman şərəflə çıxan qardaş ölkənin bu acını da arxada qoyub hədəflərinə doğru inamla irəliləyəcəyinə əminik”,- deyə politoloq bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti