Xəzər Xəbər

30 il sonra bayramı torpaqlarında qeyd etdilər VİDEO

Veb TV | 23:38 • 20 Mart 2023
30 il sonra bayramı torpaqlarında qeyd etdilər

Azad olunmuş torpaqlara qayıdan azərbaycanlılar doğma ocağa minillik doğma adətlərlə dönür.

Xezerxeber.az xəbər verir ki, bu gün Tərtər rayonunun düşmən tapdağında xilas edilmiş Talış kəndində Novruz bayramı münasibətilə geniş tədbir təşkil olunub.

Aşıq havalarının, kəndirbazların və pəhləvanların çıxışlarının, incəsənət xadimlərinin ifalarının, Qarabağ atlarının keçidinin rəng qatdığı bayram tədbirinə qatılan sakinlərin sevincinin üstünə sevinc gəlib.

Bayram tədbirinə qatılan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov şənlik iştirakçılarını dövlət başçısı adından təbirk edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti