Xəzər Xəbər

Dərs ili bitməmiş buraxılış imtahanının başlaması düzgündürmü? VİDEO

Ekspertin fikrincə, qəbul imtahanının formatı dəyişməli, fənlərin sayı azaldılmalıdır
Veb TV | 20:23 • 18 Mart 2023
Dərs ili bitməmiş buraxılış imtahanının başlaması düzgündürmü?

Tədris ili başa çatmamış buraxılış imtahanlarının keçirilməsinin düzgün olmadığı barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır.

Xezerxeber.az-ın məlumatına görə, bəzi ekspertlər hesab edir ki, bu şagirdlər arasında dərsə olan marağı və davamiyyəti azaldır.

Təhsil üzrə ekspert Vəfa Vəliyeva bu halın qarşısını  almaq üçün  imtahanların dərs ilinin sonunda keçirilməsini daha ədalətli  hesab edir.

Ekspertin fikrincə, qəbul imtahanının formatı dəyişməli, fənlərin sayı azaldılmalıdır.

Vəfa Vəliyevanın  sözlərinə görə dünyanın  bir çox  ölkəsində universitetə qəbul attestatla həyata keçirilir. 

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə isə "Xəzər Xəbər"ə açıqlamasında bildirmişdi  ki, sualların yoxlanması ciddi şəkildə  aparılır.

"100 mindən çox insan imtahanda iştirak edirsə biz 200 min insanın nəticələrini yoxlamış oluruq. Çünki nəticəni bir yox iki, hətta elə olur ki 3 nəfər yoxlayır. Bu baxımdan işlərin yoxlanılması kifayət qədər vaxt aparır", -deyə Məleykə Abbaszadə qeyd edib.

Xezerxeber.az mövzu ilə daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti