Xəzər Xəbər

Arvadını öldürüb polisə təslim oldu VİDEO

Hadisənin səbəbi də bilinir
Veb TV | 20:55 • 17 Mart 2023
Arvadını öldürüb polisə təslim oldu

Zaqatalada 34 yaşlı qadın güllələnərək öldürülüb.

Xezerxeber.az məlumat verir ki, səhər saatlarında Firəngiz Yusifovanın  ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Hüquq-mühafizə orqan əməkdaşları hadisə yerinə cəlb olunub.

Mərhumun yaxınları iddia edir ki, qadın boşanmaq istəyib. Həyat yoldaşı 38 yaşlı Məhəmməd Didiyev isə bununla razılaşmayıb və qayınatasının evində 34 yaşlı Firəngiz Yusifovanı odlu silahla öldürüb. 

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanıb.

Fakta bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, hazırda istintaq davam edir.

Xezerxeber.az mövzu ilə daha ətaraflı videomaterilı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024