Xəzər Xəbər

Skuterlər üçün xüsusi zolaqlar niyə yoxdur? VİDEO

Bakı Nəqliyyat Agentliyi sualları cavablandırılmayıb
Veb TV | 13:58 • 17 Mart 2023
Skuterlər üçün xüsusi zolaqlar niyə yoxdur?

Bəzi insanlar tıxaclardan əziyyət çəkməmək üçün alternativ vasitələrə əl atır. Belə vasitələrdən biri də yollarda, səkilərdə və parklarda tez-tez rast gəldiyimiz skuterlərdir.

Xezerxeber.az məlumat verir ki, son zamanlar skuterlərə maraq xüsusilə çoxalıb. Bu minik vasitələrinin icarə verildiyi yerlər də getdikcə artmaqdadır.

Lakin, bəzi hallarda xüsusi zolaq olmadığı üçün bu nəqliyyat vasitəsinin istifadəsi çətinləşir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, skuterlər  ən yaxşı fərdi mobillik vasitələrindən biri sayılsa da, qanunvericilikdə onlardan istifadə qaydaları ilə bağlı problemlər var. Çünki, Yol Hərəkəti haqqında qanunda skuterə aid hər hansı bir hissə yoxdur.

"Xəbər Ertəsi" paytaxtda xüsusi zolaqların artırılıb-artırılmaması ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxlasa da, sualları cavablandırılmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti