Xəzər Xəbər

Avtomobil plyonkalarına tələbat artıb QİYMƏTLƏR/VİDEO

Sürücülər plyonka qiymətlərinin olduqca yüksək olduğunu deyirlər
Veb TV | 11:00 • 6 Mart 2023
Avtomobil plyonkalarına tələbat artıb

Avtomobil plyonkalarına tələbat xeyli artıb, qiymətlər isə ddemək olar ki, dəyişməyib.

Xezerxeber.az-ın məlumatına görə, hazırda bazarda 10 manatdan 300 manatadək şüşə örtükləri satılır.

Qiyməti isə qalınlığına və keyfiyyətinə görə dəyişir. Həmçinin plyonkaların avtomobillərə çəkilməsi də ödənişə daxildir.

Satıcıların sözlərinə görə, qiymətlər olduğu kimi qalıb, yəni bahalaşma yoxdur. Ən çox tələbat isə orta qiymətə olan plyonkalaradır.

Sürücülər də ucuz plyonkaları almadıqlarını deyirlər. Onlar düşünürlər ki, belə üzlüklər tez sıradan çıxır. Ona görə də aşağı qiymətə dəfələrlə plyonka çəkdirməkdənsə, normal məbləğə keyfiyyətlisini almaq daha sərfəlidir.

Avtomobil sahibləri həmçinin plyonka qiymətlərinin olduqca yüksək olduğu qənaətindədirlər.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti