Xəzər Xəbər

Zaqatalada müəllimlər və valideynlər yeni təyin edilən direktora etiraz edirlər VİDEO

Veb TV | 20:20 • 20 Fevral 2023
Zaqatalada müəllimlər və valideynlər yeni təyin edilən direktora etiraz edirlər

Bu gün səhər Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin müəllimləri yeni təyin olunan direktora etiraz edərək dərsə girməyiblər. Müəllimlərə valideynlər də qoşulub.

Xezerxeber.az-ın məlumatına görə, müəllimlərin və valideyinlərin etirazına səbəb  Məhnurə İsmayılovanın məktəbə yeni direktor təyin edilməsidir.

Valideyn komitəsi üzvlərindən birinin dediyinə görə, vəzifəyə yenicə təyin edilməsinə baxmayaraq, Məhnurə İsmayılova kollektivdə yeni qaydalar tətbiq etməyə başlayıb. Bu da müəllim və valideyn komitəsi tərəfindən narazılıqla qarşılanıb. Bu səbəbdən  valideynlər də müəllimlərə dəstək üçün onlara qoşulub. 

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub.

Təhsil idarəsinin əməkdaşları həm  valideyn komitə üzvləri, həm də müəllimlər ilə söhbətlər aparıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti