Xəzər Xəbər

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs tutuldu FOTO/VİDEO

Veb TV | 12:29 • 2 Fevral 2023
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs tutuldu

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti