Xəzər Xəbər

"Xəzər Xəbər" Zəngəzur dəhlizində! VİDEO

Qərbi Zəngəzurdan Naxçıvana ən son gələn qatarın maşinisti xatirələrini bölüşüb
Veb TV | 21:15 • 1 Fevral 2023
"Xəzər Xəbər" Zəngəzur dəhlizində!

Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyən, ən çox arzulayan 31 ildir blokadada olan Naxçıvan sakinləridir. “Xəzər Xəbər”in əməkdaşı Şəbnəm Qurbansoy bir zamanlar Naxçıvanı Azərbaycanın əsas hissəsinə birləşdirən dəmir yolunda çəkilişlər aparıb. 1992-ci ilin aprelində Qərbi Zəngəzurdan Naxçıvana ən son gələn qatarın maşinisti xatirələrini "Xəzər Xəbər"lə bölüşüb...

Xezerxeber.az xatırladır ki, Zəngəzur dəhlizi hələ 1970-80-ci illərdə, nisbətən sabitlik olan dövrlərdə fəaliyyət göstərirdi. O zaman əsasən dəmir yolundan aktiv istifadə edilirdi. Bu yolları əzbər bilən, bir zamanlar Qərbi Zəngəzura gedən qatarın maşinistlərindən biri olmuş Əsgər İmanov deyir ki, 80-ci illərin sonunda ermənilər qatarla hərəkət edən azərbaycanlıları sıxışdırmağa başladılar.

Sonradan Ermənistanın azərbaycanlılara qarşı amansızlığı daha geniş vüsət almağa başladı.

Əsgər İmanov həm də 1992-ci il aprelin 21-i qərb rayonlarımızdan gələn son sərnişin qatarının maşinisti olub.

Bütün bu baş verənlər yolun bağlanmasına və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin kəsilməsinə gətirib çıxardı...

Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.

Dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerjisi ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.

Bu ərazilərdən keçən, SSRİ dövründə istifadə edilən dəmir yolunun çox hissəsi hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən Vətən müharibəsinin bitməsindən dərhal sonra dəhlizin Azərbaycan tərəfinə aid hissəsində tikinti işlərinə başlanıb. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmiryol xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti