Xəzər Xəbər

Xəzər Media Mərkəzi ilə ADMİU arasında memorandum imzalanıb VİDEO

Veb TV | 20:12 • 31 Yanvar 2023
Xəzər Media Mərkəzi ilə ADMİU arasında memorandum imzalanıb

Xəzər Media Mərkəz ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Xezerxeber.az-ın məlumatına görə, mərasimdə çıxış edən Xəzər Media Mərkəzinin baş direktoru Murad  Dadaşov bildirib ki, rəhbərlik etdiyi media subyekti ilə bu təhsil ocağı arasında əməkdaşlıq daha da genişləndiriləcək.

Xəzər Media Mərkəznin əməkdaşlarının ixtisas və biliklərinin daha da artırılması üçün işlər görüləcək. Universitetin irəli sürdüyü ictimai əhəmiyyət kəsb edən təşəbbüslərə media dəstəyi göstəriləcək. Həmçinin universitetin məzunları Xəzər Media Mərkəzində təcrübə keçəcək və ya işlə təmin olunacaqlar. Universitetin müəllim və professor heyəti arasındakı mütəxəssislər isə Xəzər Media Mərkəzinin əməkdaşları üçün natiqlik və qiraət kursları keçəcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin bilik və bacarıqlarını davamlı inkişaf etdirmək üçün layihələrin birgə icrası, onların müvafiq sahələr üzrə istehsalat təcrübələrinin təşkil edilməsi də nəzərdə tutulur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova bu əməkdaşlığın  tələbələr üçün geniş imkanlar açacağını vurğulayıb.

Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı bir sıra filmlərin nümayişi olunub. Ekran işləri haqqında fikir mübadiləsi aparılıb və qərara alınıb ki, filmlərin arasından ən keyfiyyətliləri seçilərək Xəzər TV-də nümayiş etdirilsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti