Xəzər Xəbər

İran səfiri Azərbaycan XİN-in binasını sürətlə tərk etdi - EKSKLÜZİV FOTO/VİDEO

Veb TV | 16:55 • 27 Yanvar 2023
İran səfiri Azərbaycan XİN-in binasını sürətlə tərk etdi - EKSKLÜZİV

Xəbər verdiyimiz kimi,  yanvarın 27-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. 

Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.

"Xəzər Xəbər" görüşdən sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin xidməti avtomobilinin Azərbaycanın Xarici İşlər Nazirliyinin binasının qarşısından sürətlə uzaqlaşdığının görüntülərini lentə alıb. 

Xezerxeber.az-ın məlumatına görə, həmin görüntüləri təqdim edirik:

Xəbər lenti