Xəzər Xəbər

Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağının qurbanı olub VİDEO

Mənzil alarkən nələrə diqqət edilməlidir?
Veb TV | 11:20 • 26 Yanvar 2023
Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağının qurbanı olub

Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağı ilə bağlı zərərçəkmiş qismində tanınıb.

Buna səbəb MTK-ların reysterinin aparılması ilə bağlı qanunun olmamasıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak məsələləri üzrə ekpert Elnur Fərzəliyev deyib.

Ekspert  bildirib ki, "ASAN xidmət"də ilkin çıxarışların verilməsi həyata keçirilsə də, hər tikinti şirkətinin rəhbəri bunu etməkdə maraqlı deyil. Çünki bu prosesi həyata keçirən zaman dövlət qurumuna mütləq qaydada təqdim olunmalı sənədlər var.

Elnur Fərzəliyev vətəndaşlara yeni binalardan mənzil alarkən vəkilə müraciət etmələrini tövsiyə edib. Ekspert vurğulayıb ki, satış mexanizminin qanunvericilik səviyyəsində dəyişməsi ilə bağlı məsələ həllini taparsa, əmlak bazarına böyük alıcı kütləsi axın edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti