Xəzər Xəbər

Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olundu VİDEO

Polis onu elə “iş başında” yaxalayıb
Veb TV | 21:50 • 23 Yanvar 2023
Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olundu

Xəzər Media Mərkəzinin adından istifadə edən şəxs polis tərəfindən saxlanılıb.

Məlum olub ki, həmin şəxs gənc qızı aldadaraq onu Xəzər TV-də işə düzəldəcəyinə söz verib. Hətta  bunun müqabilində pul da alıb. İşə düzəldəcəyi şəxsdən növbəti dəfə pul alan şəxsi polis elə “iş başında” saxlayıb. Hazırda polis həmin şəxsin digər oxşar cinayətlərinin olub-olmamasını araşdırır.

Xezerxeber.az-ın məlumatına görə, belə bir  hadisə paytaxt sakini Gülsüm Seyidovanın başına gəlib.

İş elanlarının olduğu vatsap qrupunda tanış olduğu bir şəxs onu həm aldadıb, həm də pulunu alıb.

Həmin şəxs Gülsüm Seyidovaya Xəzər Media Mərkəzində vakansiyanın olduğunu bildirib və işə düzəltmək üçün ondan sənədlər və pul istəyib.

Bütün sənədlərini toplayan Gülsüm sonra həmin şəxslə görüşüb. Sənədlərini və “Press kart” üçün tələb olunan vəsaiti  ona təqdim edib.

Gülsüm Seyidova bildirib ki, bundan sonra həmin şəxs ona zəng edərək işdə geyinmək üçün uniforma üçün də ayrıca pul tələb edib.

Bundan sonra Gülsüm Seyidova ərazi üzə polis bölməsinə müraciət edib. Dələduzluğu törətməkdə şübhəli bilinən  şəxs polis tərəfindən elə “iş başında” saxlanılıb.

Hadisə barədə danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, əməli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Çingiz Mirzəyev saxlanılıb, hazırda araşdırma gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023