Xəzər Xəbər

Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib - İDDİA və CAVAB VİDEO

Veb TV | 21:35 • 22 Yanvar 2023
Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib - İDDİA və CAVAB

Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib. Valideynləri belə iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Şəki şəhəri Sarabski 6 ünvanında yaşayan Eyvazovlar ailəsinin 5 yaşlı üzvü qəfildən xəstələnib.

5 yaşlı qızı ötən gün  Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərin iddiasına görə, azyaşlıya sistem qoşulandan sonra vəfat edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirildi ki, azyaşlı  40.3 dərəcə temperaturla Təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstənin vəziyyəti nəzərə alınaraq ona  təcili həkim təyin edilib, müayinə olunaraq yardım göstərilib. Buna baxmayaraq xəstənin vəziyyəti pisləşib, reanimatoloq dəvət olunub, reanimasion tədbirlərin icra olunub, ancaq uşaq kəskin tənəffüz çatışmazlığından vəfat edib.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırılmalar başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti