Xəzər Xəbər

Abşeronda ağır yol qəzası baş verib VİDEO

Veb TV | 14:50 • 16 Yanvar 2023
Abşeronda ağır yol qəzası baş verib

Abşeron rayonunda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Novxanı -Binəqədi yolunun Mehdiabad qəsəbəsindən keçən hissəsində  iki  minik avtomobili  toqquşub.

Ağır qəza zamanı maşında olan sərnişin Xumar Hüseynova aldığı ağır xəsarətlərdən elə yerincədə dünyasını dəyişib. Hadisədə bir nəfər - Xədicə Allahverdiyeva isə ağır yaralanıb.

Hadisə yerinə polis və FHN-in əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb edilib. Ölən şəxsin avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədini Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional mərkəzin xüsusi xilasetmə hissəsinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az hadisənin videogörüntülərini təqdim edir:

Xəbər lenti