Xəzər Xəbər

Şəmkirdə 3 uşaq anası öldürülüb VİDEO

Veb TV | 19:33 • 8 Dekabr 2022
Şəmkirdə 3 uşaq anası öldürülüb

Şəmkir rayonunun Könüllü kəndində 3 uşaq anası öldürülüb.

Xezerxeber.az-ın məlumatına görə, Seyfəli kənd sakini, 33 yaşlı Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla məlum olub ki, zərərçəkmişə əri, 39 yaşlı Mahiyyəddin Atakişiyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirib. Məlumata görə, qadının həyat yoldaşı öz xalasıoğlu olub.

Hadisəni törətməkdə təqsirləndirilən Mahiyyəddin Atakişiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti