Xəzər Xəbər

İnternetin qiymətilə manipulyasiya edilir? VİDEO

Araşdırma başlayıb
Veb TV | 09:26 • 8 Dekabr 2022
İnternetin qiymətilə manipulyasiya edilir?

Ölkəmizdə internet xidməti göstərən "Aztelekom" və "Baktelekom"un qiymətlərlə manipulyasiya etdiyi iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti özəl provayderlərin şikayəti əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus hər iki Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlı araşdırmalara başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elvin Dəmirli bildirib ki, təmsil etdiyi qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir. Araşdırmalar nəticəsində "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədlə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırılıb.

İnformasiya texnlologiyaları üzə mütəxəssis Fərhad Mirəliyev isə deyib ki, hər iki müəssisə bütün ölkə üzrə böyük şəbəkə infrastrukturuna malikdir. Özəl provayderlər onların vasitəsilə əhaliyə müəyyən xidmətlər göstərirlər.

Mövzuya münasibət öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə də müraciət etdik, amma açıqlama verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar