Xəzər Xəbər

Sülhməramlılar Azərbaycan jurnalistlərinin Xocalıya getməsinə imkan vermədi VİDEO

Veb TV | 14:44 • 7 Dekabr 2022
Sülhməramlılar Azərbaycan jurnalistlərinin Xocalıya getməsinə imkan vermədi

Rusiya sülhməramlıları Azərbaycan mediasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqları işıqlandırmasına imkan verməyib.

Xezerxeber.az xəbər verir ki, sülhməramlıların komandanı general-mayor Andrey Volkov mətbuatın müzakirələri işıqlandırmasının qarşısını alıb.

Komandanlarından müvafiq əmr alan sülhməramlı hərbçilər Azərbaycan jurnalistlərinin monitorinq qrupu ilə birlikdə Şuşadan Xocalıya yola düşməsinə imkan verməyiblər.

Media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək jurnalistlərin qarşısını kəsib, onları geri qaytarıblar.

Sülhməramlılar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.

Monitorinq qrupunun Xocalıda danışıqları davam edir.

Xəbər lenti