Xəzər Xəbər

Parlamentdə dərman bazarındakı problemlər dilə gətirildi VİDEO

Veb TV | 20:20 • 6 Dekabr 2022
Parlamentdə dərman bazarındakı problemlər dilə gətirildi

Apteklərdə bəzi dərmanlar tapılmır və ya çox baha satılır. Problem uzun zamandır yaşanır və hələlik həlli istiqamətində atılan addımları görmürük.

Xezerxeber.az-ın məlumatına görə, deputatlar da məsələni Milli Məclisin bugünkü iclasında yenidən  gündəmə gətirdilər.

Millət vəkili Rəşad Mahmudov bu  halların artıq həm pasiyent, həm də həkimlər üçün çətinliklər yaratdığını bildirib.

Çarəsiz qalan vətəndaşlar xaricə səfər edib, geri qayıdarkən özləri ilə şəxsi istifadə üçün dərmanlar gətirmək istəyirlər, ancaq bu zaman da  problem yaşanır. Deputat Razi Nurullayev məhz bu məsələyə toxunub.

İclas zamanı deputat Fazil Mustafa isə bəzi səfirləri tənqid edib. Millət vəkili Almaniya, Belçika və Fransanı xüsusi vurğulayıb.

Tənqid edilən təkcə səfirlər yox, həm də teatr rəhbərləri olub.

Millət vəkili Aqil Abbas Mədəniyyət Nazirliyinə səslənərək, yaşlı aktyorların məcburi şəkildə səhnədən uzaqlaşdırılmasının düzgün olmadığını deyib.

Qeyd edək ki, bugünkü iclasda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Millət vəkilləri qanuna bəzi əlavə və dəyişikliklərin olunmasını təklif ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti