Xəzər Xəbər

Kürdəmirdə ağır yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Veb TV | 19:32 • 6 Dekabr 2022
Kürdəmirdə ağır yol qəzası baş verib, iki nəfər ölüb

Kürdəmirin Qarasaqqal kəndində ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Yenikənd kənd sakini 29 yaşlı Abdulla Qubadov minik maşını ilə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli qəza dəstəsinin əməkdaşları cəlb olunub. Avtomobil xüsusi texnika vasitəsilə sudan çıxarılıb və aidiyyətı üzrə yerləşdirilib.

Hadisə zamanı sürücü Abdulla Qubadov və onun sərnişini Ramal Daşdıyev suda boğularaq dünyasını dəyişib. Qəza zamanı digər 2 nəfər sərnişin, rayonun Xırdapay kənd sakini Mayıl Manafov və Atakişili kənd sakini Elmin Nəbiyev Xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti