Xəzər Xəbər

DSX-nin Akademiyası yanır YENİLƏNİB/VİDEO

Veb TV | 18:38 • 6 Dekabr 2022
DSX-nin Akademiyası yanır

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

17:54

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının binasında baş verən yanğın barədə məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən xezderxeber.az-a verilən məlumata görə, dekabrın 6-da saat 16:40-da Akademiyanın əsas korpusunda yanğın hadisəsi baş verib. 

Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti