Xəzər Xəbər

Qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilib VİDEO

Veb TV | 10:20 • 6 Dekabr 2022
Qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində “Mercedes-Benz VITO” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

Xezerxeber.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti