Xəzər Xəbər

Sumqayıtda yanğın baş verib, iki nəfər vəfat edib VİDEO

Veb TV | 20:27 • 4 Dekabr 2022
Sumqayıtda yanğın baş verib, iki nəfər vəfat edib

Sumqayıtda bir-birinə bitişik evlərdə yanğın olub. Nəticədə iki azyaşlı həyatlarını itiriblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yerinə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə və polis idarələrinin əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb.

Qonşuların sözlərinə görə, ölən azyaşlılar evlərin birində kirayə qalan ailənin övladları imiş. Hadisə baş verən an onlar evdə tək imişlər.

Uşaqların meyitləri müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti