Xəzər Xəbər

Daşkəsən və Bərdədə ağır qəzalar iki nəfərin öümünə səbəb olub VİDEO

Veb TV | 21:39 • 4 Dekabr 2022
Daşkəsən və Bərdədə ağır qəzalar iki nəfərin öümünə səbəb olub

Daşkəsəndə yük maşını ilə avtomobilin toqquşması ölümə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Daşkəsən-Gəncə avtomobil yolunun 18-ci kilometrliyində, Bayan kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan  minik maşını ilə yük avtomobili  toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, rayonun Əmirvar kənd sakini 58 yaşlı Xanlar Tağıyev hadisə yerində  dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Bərdədə də  ölümlə nəticələnən qəza olub. Hadisə Hindarx-Borsunlu avtomobil yolunun Bərdə rayonu, Soğanverdilər kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili qarşı-qarşıya gələrək toqquşub. Nəticədə sürücülərdən biri 70 yaşlı Cavanşir Məmmədov həyatını itirib. Digər sürücü 45 yaşlı Nurəddin Qarayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024