Xəzər Xəbər

Sumqayıtda avtobus dayanacaqları zəbt edilib VİDEO

Veb TV | 19:45 • 2 Dekabr 2022
Sumqayıtda avtobus dayanacaqları zəbt edilib

Sumqayıt Dəmiryol Vağzalı ətrafında ciddi nizamsızlıq höküm sürür. Avtomobillər ərazini zəbt etdiyinə görə marşrut avtobusları dayanacağa daxil ola bilmir.

Xezerxeber.az-ın məlumatına görə, dayanacaq zəbt edildiyi üçün avtobus sürücüləri bəzən sərnişinləri yolun ortasında düşürdürlər.

Əsasən günün pik saatlarında avtobuslar dayanacaq ətrafına yaxınlaşa bilmirlər.

Bəziləri isə heç vağzal ətrafından belə keçmir. Sakinlər  avtomobillərin burada dayanmasından narazıdır.

Mövzu ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsəldən xəbərləri var və aidiyyəti qurumlarla birgə problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti