Xəzər Xəbər

Sumqayıtda qətl törədilib VİDEO

Veb TV | 22:00 • 30 Noyabr 2022
Sumqayıtda qətl törədilib

Sumqayıtda kişi bıçaqlanaraq qətlə yetirilib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Xəzər bağları, Qız qalası küçəsi, ev 61 ünvanında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə,  polis əməkdaşları tərəfindən Aydın Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi olan 47 yaşlı Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Mərhumun atası Adil Həsənov deyib ki, oğlu uzun illərdir narkotik aludəçisidir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar