Xəzər Xəbər

İmişli sakini işə düzəlmək üçün ona maneə yaradıldığını iddia edir VİDEO

Veb TV | 19:46 • 27 Noyabr 2022
İmişli sakini işə düzəlmək üçün ona maneə yaradıldığını iddia edir

İmişli rayon sakini Kərim Qasımov işə düzəlmək üçün ona problem yaradıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, İmişli rayon sakini Kərim Qasımov 28 il çalışdığı sahədə yenidən işə düzəlmək istəyir.

Kərim Qasımov qeyd edir ki, İmişli Telekomnikasiya Qovşağından 2021-ci ilin dekabr ayında onu işdən azad ediblər. Kərim Qasımovun  sözlərinə görə, iş təcrübəsi nəzərə alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işləmək üçün İmişli Telekomnikasiya Qovşağına təhkim edilib. Lakin o, hələ də işə götürülmür.

Vətəndaş iddia edir ki, Dövlət Məşğulluq Mərkəzinin Mil-Muğan Regional İdarəsi tərəfindən  onun müqaviləsi imzalanmır. Səbəb  kimi isə bir ailədən iki nəfərin eyni idarədə işləyə  bilməməsi göstərilir.

Vətəndaş qeyd edir ki, ona ixtisasına uyğun olmayan, Beyləqanda  Su Melorasiya İdarəsində nəzarətçi işi təklif edilib.

Dövlət Məşğulluq Agentliyidən isə “Xəzər Xəbər”ə  bildirilib ki, İmişli rayon  sakini Kərim Qasımova Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi-Muğan Kollektorlarının İstismarı İdarəsində kollektor nəzarət işi və ya özünüməşğulluq proqramına cəlb olunmaq təklif olunub.

“Vətəndaş yalnız ictimai işlərdə çalışmaq istədiyini qeyd edərək, hər iki tədbirdən imtina edib. Məlumat üçün qeyd edək ki, vətəndaşın həyat yoldaşı Qasımova Mehriban İsbəndiyar qızı 3 mart 2022-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən ictimai işlərə cəlb edilib və hazırda çalışmaqdadır”,- deyə bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti