Xəzər Xəbər

Sumqayıtda 24 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxılıb VİDEO

Onun xilas edilməsi ilə bağlı görüntü yayılıb
Veb TV | 12:08 • 25 Noyabr 2022
Sumqayıtda 24 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxılıb

Sumqayıtda 24 yaşlı oğlan binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi videogörüntü yayıb. 

Bildirilib ki, FHN-in qaynar telefon xəttinə Sumqayıt şəhər, 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəbər lenti